PRESTİJLİ MƏKANDA ZÖVQLÜ VƏ ELEQANT YAŞAM!
Xətai metrosu və Bakı Əyləncə Mərkəzinin yaxınlığında yerləşən yeni tikili binada yüksək səviyyədə təmir edilmiş premium lüks mənzil kirayə təklif olunur. Mənzil qanuni 4 otaqlıdır, şəxsi istək əsasında 3 otağa düzəldilmişdir. Geniş və işıqlı qonaq otağı, zövqlə dizayn edilmiş mətbəxi və rahat planlaşdırılması ilə seçilir. Klassik və müasir üslubun harmoniyası, keyfiyyətli təmir materialları, zərif rəng çalarları, seçilmiş mebellər və xüsusi işıqlandırma interyerə eleqant və dəbdəbəli görünüş bəxş edir. Holl, mətbəx və sanitar qovşaqlar isti döşəmə sistemi ilə təchiz olunub. Bina 7/24 mühafizə və kamera nəzarəti altındadır. Sakinlərin rahatlığı üçün yeraltı avtodayanacaq mövcuddur. Yerləşmə baxımından əlverişli mövqedə yerləşən binanın ətrafında bütün zəruri iaşə və xidmət obyektləri mövcuddur.
Zövq, komfort və keyfiyyəti bir arada axtaranlar üçün əla seçim!
Real alıcı ilə qiymətdə razılaşma mümkündür.
Ofis xidmət haqqı: 30%